Ana Sayfa > Manşet / Xəbər > Şahin Mustafayev süni qiymət artımının qarşısını necə alır? - İDDİA
Şahin Mustafayev süni qiymət artımının qarşısını necə alır? - İDDİA12-03-2015, 15:00. Yazar: admin |
Mərkəzi Bankın fevralın 21-də manatın devalivasiyası ilə bağlı qərarından sonra ölkədə bahalaşma müşahidə olunmağa başlayıb. Rəsmi qurumlar hər nə qədər bahalaşma olmadığını iddia etsələr də, fakt odur ki, kiçikdən tutmuş böyük marketlərə qədər hamısında qiymət artımı müşahidə olunur. JAM.AZ xəbər verir ki, süni qiymət artımı ilə mübarizənin təşkilini həyata keçirən qurum isə İqtisadi İnkişaf və Sənaye Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətidir. Davamlı olaraq Bakı və rayonlarda reyd keçirdiklərini bəyan edən xidmətin rəsmiləri indiyə qədər süni qiymət artımının yalnız 5-6 marketdə müşahidə edildiyini açıqlayıb. Amma gələn xəbərlərdə durum tamam fərqli göstərilir. JAM.AZ-a daxil olan məlumata görə, İqtisadi İnkişaf və Sənaye Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti böyük marketlərə girə bilmədiyindən, əsas gücünü kiçik dükanlar səviyyəsində səfərbərliyə alıb. İddialara görə, xidmətin əməkdaşları qismən qiymət artımına getmiş orta səviyyələi marketlərəin sahiblərinin adını açıqlamamaq üçün onlardan müəyyən məbləğdə pul tələb edirlər. Hətta o da deyilir ki, adları açıqlanan marketlərin başına belə bir işin gəlməsinə səbəb xidmət əməkdaşları ilə razılaşmaması olub. Məlumatda vurğulanır ki, orta səviyyəli marketlərin sahibləri vəziyyətin gərgin olduğunu nəzərə alaraq, onlardan istəniləni verməklə canlarını qurtarmağa çalışırlar. Əks təqdirdə, nəiniki işləmələri mümkün olacaq, hətta barələrində cinayət işinin qaldırılacağından ehtiyatlanırlar. Maraqlıdır ki, devalivasiya oyunundan ən çox qazanan kimi də məhz İqtisadi İnkişaf və Sənaye Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti göstərilir. Çünki indiyə qədər onlarla market sahibi onlarla razılaşmalı olub. Bəzi bilgilərə görə, nazir Şahin Mustafayevin məsələdən xəbər yoxdur. Amma bu da inandırıcı görünmür. Ona görə ki, bir nazirin öz xidmətində olan əməkdaşlarının hərəkətindən və səs-küyə səbəb olmuş hadisədən xəbərsiz olması imkansız görünür. Yazıda səslənən iddialarla bağlı sözügedən nazirliyin də mövqeyini dərc etməyə hazırıq. Geri dön |