Ana Sayfa > Manşet > Bu il Azərbaycandan Həcc ziyarəti baş tutmayacaq - EKSKLÜZİV
Bu il Azərbaycandan Həcc ziyarəti baş tutmayacaq - EKSKLÜZİV1-04-2021, 12:39. Yazar: admin |
|
Azərbaycandan bu il Həcc ziyarəti baş tutmayacaq. APA-nın əldə etdiyi məlumata görə, pandemiya səbəbindən ziyarət bu il də həyata keçirilməyəcək. Məsələ ilə bağlı Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Həcc ziyarəti ilə bağlı Səudiyyə Ərəbistanından Azərbaycana məktub daxil olmayıb. Qeyd edək ki, COVİD-19 pandemiyası səbəbindən ötən il də Azərbaycandan Həcc ziyarəti təxirə salınmışdı. Geri dön |