Ana Sayfa > Manşet > Laçın obalarının başçısı dara düşüb: Akif Səlimov Bakıya çağrıldı

Laçın obalarının başçısı dara düşüb: Akif Səlimov Bakıya çağrıldı


30-04-2015, 16:46. Yazar: admin
Laçın obalarının başçısı dara düşüb: Akif Səlimov Bakıya çağrıldı
Laçın rayon icra hakimiyyətinin başçısı Akif Səlimov təcili olaraq Bakıya çağrılıb. Vertikal.az xəbər verir ki, Laçın RİH başçısının paytaxta çağrılması səbəbsiz deyil.

Bildirilənə görə, Akif Səlimovla bağlı bir sıra dairələrdə ciddi şübhələr yaranıb. Laçın RİH-dəki qeyri-rəsmi mənbədən daxil olan informasiyada vurğulanır ki, Akif Səlimovun keçmiş siyasi mənsubluğu ona indi-indi problemlər yaratmağa başlayıb.

«Buna görə də başçını Bakıya çağırıblar» - deyən mənbə əlavə edib ki, Akif Səlimov heç şübhəsiz cəzalanacaq.

Geri dön