Ana Sayfa > Manşet / Xəbər > Mehriban Əliyeva Dövlət Müstəqilliyi Günü münasibətilə paylaşım edib
Mehriban Əliyeva Dövlət Müstəqilliyi Günü münasibətilə paylaşım edib18-10-2020, 13:18. Yazar: admin |
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Dövlət Müstəqilliyi Günü münasibətilə paylaşım edib. APA-nın məlumatına görə, Mehriban Əliyevanın rəsmi "İnstagram" səhifəsində etdiyi paylaşımda deyilir: "Bu günlərdə bütün dünya ictimaiyyəti Azərbaycan xalqının yenilməz iradəsinin, qətiyyətinin, əzminin, birlik və həmrəyliyinin, Vətənə sadiqliyinin şahididir. Əminəm ki, xalqımızın məhz bu xüsusiyyətləri bizə qarşımızda dayanan bütün vəzifələrin öhdəsindən uğurla gəlməyə, o cümlədən müstəqilliyimizi qoruyub saxlamağa hər zaman kömək edəcəkdir. Qoy Azərbaycanın müstəqilliyi əbədi olsun! Uca Tanrı xalqımızı, Vətənimizi qorusun!" Geri dön |