Ana Sayfa > Manşet > Lavrov: "Azərbaycan və Ermənistan arasında sabahdan humanitar məqsədlərlə atəşkəs elan olunur" - YENİLƏNİB

Lavrov: "Azərbaycan və Ermənistan arasında sabahdan humanitar məqsədlərlə atəşkəs elan olunur" - YENİLƏNİB

10-10-2020, 04:12. Yazar: admin

Lavrov: "Azərbaycan və Ermənistan arasında sabahdan humanitar məqsədlərlə atəşkəs elan olunur" - YENİLƏNİB
Moskvada Rusiya, Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin üçtərəfli görüşü başa çatıb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya Xarici İşlər Nazirliyinin (XİN) Qəbullar Evində keçirilən görüşdə Sergey Lavrov, Ceyhun Bayramov və Zöhrab Mnatsakanyan iştirak edib.

Görüş 10 saatdan artıq davam edib. Görüşün yekunu ilə bağlı məlumatı Rusiyanın xarici işlər naziri Sergey Lavrov açıqlayıb.

Lavrov bildirib ki, Rusiya prezidenti Vladimir Putinin çağırışına cavab olaraq, tərəflər arasında görüş olub. Görüşün nəticəsində Azərbaycan və Ermənistan tərəfi arasında 10 oktyabr saat 12:00 radələrindən hərbi əsirlərin və saxlanılan şəxslərin dəyişdirilməsi və cəsədlərin mübadiləsi üçün humanitar məqsədlərlə atəşkəs elan olunur. Atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılacaq.

Həmçinin, Lavrov bildirib ki, Azərbaycan və Ermənistan ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə münaqişənin baza prinsipləri əsasında sülh yolu ilə nizamlanmaya nail olmaq üçün substantiv danışıqları başlayır. Qəbul edilmiş sənədin 4-cü bəndinə görə, tərəflər danışıqlar prosesinin dəyişməzliyini təsdiqləyir.

***

Saat 03:58

Geri dön