Ana Sayfa > Manşet > DİN qələbə xəbərlərini atəşfəşanlıqla qeyd edənlərə müraciət edib
DİN qələbə xəbərlərini atəşfəşanlıqla qeyd edənlərə müraciət edib5-10-2020, 13:00. Yazar: admin |
|
Silahlı Qüvvələrimizin cəbhədə qazandığı uğurlar, qələbə xəbərləri vətəndaşlarımızda böyük ruh yüksəkliyi, çoşqu yaradıb. Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, lakin təəssüflər olsun ki, ayrı-ayrı şəxslər öz müsbət emosiyalarını indiki həssas məqamda tamamilə yolverilməz olan şəkildə - fişənglərdən istifadə etməklə, atəşfəşanlıqla qeyd edirlər. Vətəndaşlarımızı bu cür hərəkətlərdən çəkinməyə, pirotexniki vasitələrdən istifadə etməməyə çağırır, hər bir şəxsdən ölkədəki hərbi vəziyyət rejiminin tələblərinə uyğun davranmağı xahiş edirik. Geri dön |