Ana Sayfa > Manşet / Xəbər > Qərib Məmmədov həbs oluna bilər
Qərib Məmmədov həbs oluna bilər11-03-2015, 15:07. Yazar: admin |
Prezident İlham Əliyevin 5 fevral 2015- ci il tarixli fərmanı ilə Dövlət Torpaq və Xəritəçəkmə komitəsi ləğv edilib. Komitənin funksiyasına daxil olan məsələlərin bir qismi Əmlak Məsələləri Dövlət Komitəsinə, digər qismi isə Ekologiya və Təbii Sərvətlər nazirliyinə verilib və fevral ayının 6-dan təhvil-təslim işinə başlayan komissiya hələ də işini davam etdirir. Maraqlı bir sual ortaya çıxır. Akademik Qərib Məmmədovun 20 il rəhbərlik etdiyi bu qurum niyə ləğv edildi və 2.000 nəfər işçinin taleyi necə olacaq? Bu sual təbii ki, çox adamı düşündürür. Qafqaz Xəbər Agentliyi bildirir ki, uzun illər Dövlət Torpaq və Xəritəçəkmə komitəsində işləyən, həmişə burada baş verən haqsızlıqlara qarşı çıxan, adının açıqlanmasını istəməyən mənbə bu və digər suallara aydınlıq gətirib və bir sıra şok məsələlərin aidiyyətı qurumların diqqətinə çatdırılmasını istəyib. Mənbə ilk olaraq Qafqaz Xəbər Agentliyinə bildirir ki, Azərbaycan Milli Elmlər Akademiyasında əvvəllər elmi işçi vəzifəsində çalışan Qərib Məmmədov ixtisasca bioloq olsa da ona böyük etimad göstərilib, yerquruluşundan, geodeziyadan, kartoqrafiyadan xəbəri olmadığı halda Torpaq və Xəriəçəkmə Komitəsinə sədr təyin edilib və bu qurumu öz fəaliyyətsizliyi ilə 20 il rəhbərsiz qoyub. Bu illər ərzində 100 milyonlarla dövət vəsaiti havaya sovrulub, heç bir iş görülməyib, nəticədə o, ölkə prezidentinin 2015-ci ilin yanvar müşavirəsində qəzəbinə gəlib və komitə ləğv olunub. Mənbənin Qafqaz Xəbər Agentliyinə bildirdiyinə görə ötən 20 ildə Qərib Məmmədov ətrafına kifayət qədər səriştəsiz, savadsız, saxta diplomlu qeyri-peşə sahibi yığıb ki, onlar da ağına- bozuna baxmadan torpaqlara qənim kəsilib və ata-baba mirasları kimi satıb pul yığmaqla məşğul olub. Mənim kimi insanları isə işindən ayırıb, ailələrini ac qoyub, dövlətin torpaq islahatına ciddi zərbələr vurub. Mənbə iddia edir ki, komitəyə ən böyük zərbəni Kadastr və Torpaq Monitorinqi Birliyinin sədri, adı bir çox siyasi qalmaqallarda hallanan, həm də fırıldaqçılıqda ad çıxaran Rza İbadovun dayısı oğlu Nazim İsmayılov vurub. Səviyyəli kadrları işdən kənarlaşdırıb əvəzində hər birindən 5000 manat rüşvət alıb baytarı, zootexniki, diş texnikini işə qəbul edib. Bu hələ harasıdır? Qərib Məmmədov öz aspirantı Füzuli Cəfərovu Yerquruluşu və Layihə instituna direktor qoymaqla daha böyük qanunsuluğa və talana yol açıb. İxtisasca şərabçı olan Füzuli Cəfərov 20 ildə torpağı şərab sortu olan üzümlə qarışıq salıb və elə sıxıb ki, torpağın dili olsaydı onun ciyərlərindən nə qədər rüşvət əldə etdiyini danışardı. Mənbə Qafqaz Xəbər Agentliyinə bildirir ki, bu çoxbilmiş Füzuli Cəfərov prezidentin sərəncamından bir gün əvvəl, fevralın 4-də ərizəsini yazır və kassadan da 500 min manatı götürüb aradan çıxır. İnstitutun əməkdaşları isə 2 aydır əmək haqqı ala bilmir. Amma deyilənə görə bu günlərdə Dağıstana keçmək istəyərkən tutulub ölkəyə gətirilib. Mənbə Qafqaz Xəbər Agentliyinə deyir ki, komitəni talayanlardan biri də Mikoyan ləqəbli Ədalət Salmanov idi. İşi-gücü rərbərliyə “xox” gəlib pul almaq, reketçiliklə meydan sulamaq olub. Az öncə dediyim Kadastr və Torpaq Monitorinqi Birliyinə baytarların, zootexniklərin, diş texniki və həkimlərin işə qəbulunda bu insan xüsusi fəaliyyət göstərib və alınan rüşvəti tam yarı bölüb. İndi də ləğv olan komitənin rüşvət verən işçiləri pullarını geri qaytarmağın hayındadır. Əksəriyyət isə 200 manatlıq işə banklardan kredit götürüb rüşvət verib. Ədalət Salmanov isə bu pulları qətiyyən qaytarmaq fikrində deyil, əksinə onları şantaj edir və hədə-qorxu gəlir. Əlləri hər yerdən üzülən fağırlar, bank borclarını qaytara bilməyənlər isə çıxış yolunu rayonlardan Bakıya yürüş etməkdə görür. Bu xəbər isə rüşvət pərdəsi gözlərini örtən Nazim İsmayılovu, Füzuli Cəfərovu və Ədalət Salmanovu deyəsən bir balaca təşvişə salıb. Mənbə deyir ki, komitənin bütün strukturları bu gündədir. Başqa bir idarə müdiri Elşən Məhərrəmovun isə ən böyük vəzifəsi dövlətin milyonlarını “obnaliçka” etmək olub. Camaat Gəncədən Bakıya məşhur mahnıda deyildiyi kimi xurma gətirəndə burdan çamadanla pul daşınıb. İşlərini də ört-bastır etmək üçün yalandan deyiblər ki, bizim işimiz sirr işidir və heç kimə gördüyümüz işi göstərə bilmərik. Mənbədən daha bir ilginc məlumat isə Xəzinədar Sabir haqqındadır. Komitəni idarə edən, istədiyinə pul verən və istəmədiyini zəlil qoyan Sabir yuxarılara bağlı olduğunu və heç kimin ona bata bilməyəcəyini indi də çəkinmədən deyir. Dövlətin kassasını Füzuli Cəfərovla birgə talayan bu adamdan haqq-hesab çəkməyin vaxtı deyilmi? Komitənin daha bir baş kəsəni isə müxtəlif rayonlarda birinci katib işləyən hətta zamanında nazir belə olan Murad Aşurovun oğlu Faiq Aşurov idi. Mənbə deyir ki, Bakı-Abşeron torpaqlarını satıb doymayan bu adam komitə ləğv olunsa da indi də Göyçay və ona bitişik rayonların torpağını satır. Halbuki onun da bu sahədən nə əvvəllər, nə də indi xəbəri olmayıb. Qərib Məmmədovun sağ əllərindən olan Cavid Abdullayevin qaranıq dünənində xəbər verən mənbə Qafqaz Xəbər Agentliyinə deyir ki, o, keçmiş ABU-nun rektoru Elşad Abdullayevin məlum videolarının rejissorluğunu edib və Elşad Abdullayevdən sonra Qərib Məmmədovun sevimlisinə çevrilib. Ola bilsin yaxın zamanlarda bu komitə ilə bağlı da hər hansı videolar yayılsın. O eyni zamanda komitədə “mama-roza” kimi də ad qazanıb. Ölkə başçısının informasiya texnologiyalarının inkişafına önəm verdiyi dövrdə savadsız mütəxəssisləri komitəyə yığmaqda Qərib Məmmədovun torpaq islahatına nə qədər “səmimi” olması daha aydın görünür. İşçilərin 70 faizi adi üçbucağın sahəsini hesablaya bilmir, 1 hektar torpağın neçə kvadratmetr olduğundan xəbərsizdir. Hətta aralarında vurma cədvəlini bilməyənlər də var. Hazırda da, keçmişdə də Qərib Məmmədovun Azərbaycan Dövlət Universitetində rəhbərlik etdiyi kafedrada yüzlərlə kadastr və yer quruluşu mütəxəssisi işləyib. Maraqlıdır akademik niyə bu kadrlardan yox savadsızlardan istifadə edib? Bizcə bunun izahı artıq aydın oldu. Daha bir iddianın fəsadlarını biz hələ bundan sonrada yaşayacağıq. Mənbənin faktına görə komitənin böyük bir Kartfabriki var və dövlətin ən böyük vəsaiti bura yönəlib. Kartfabrikdə isə mənbənin dediyinə görə heç kimdən çəkinib qorxmadan bir qayda olaraq dövlətçiliyin əlehinə sənədlər hazırlanıb. Sələfilərin ( vəhabilərin) dini ədəbiyyatları, çağırış və şüarları bir qayda olaraq ərəb şeyxlərinin küllü miqdarda maliyyə vəsaiti ilə burada çap edilib. Mənbə deyir ki, bu addım daha təhlükəlidir. Mənbə sonda onu da əlavə edib ki, Ekologiya Nazirliyinin və Əmlak Komitəsinin halına indidən acıyır. Mənbə bir faktı da cəmiyyətin nəzərinə çatdıraraq deyir ki, keçən il Hesablama Palatası komitədə yoxlama aparıb, Füzuli Cəfərovun, Nazim İsmayılovun, Elşən Məhərrəmovun və Sabirin işlərində küllü miqdarda, nilyonlarla ölçülən maliyyə fırıldaqları aşkarlayıb. Amma nədənsə dəyən ziyan ödənilməyib və ya iş istintaqa verilməyib. Bu gün minlərlə adam Novruz bayramlığına hazırlaşır. Amma Dövlət Torpaq və Xəritəçəkmə komitəsinin rüşvət verib az sonra işdən çıxanları və iki aydan çox maaş ala bilməyənləri isə nə edəcəklərini bilmir. Mənbə məsləhət görür ki, Füzuli Cəfərov 10.000 başlıq fermasından, Nazim İsmayılov villarından, Elşən Məhərrəmov isə dəyəri milyonlarla ölçülən avtomobil kolleksiyasından satıb camaatın pulunu versin. Əks halda Bakıya – Dövlət Torpaq və Xəritəçəkmə komitəsinə rayonlardan yürüş qaçılmaz olacaq. Geri dön |