Ana Sayfa > Manşet > Bakının bəzi yerlərində yenidən postlar quruldu
Bakının bəzi yerlərində yenidən postlar quruldu25-07-2020, 10:10. Yazar: admin |
![]() Bakıda sərt karantin rejimi ilə əlaqədar bir sıra postlar yenidən qurulub. Oxu.Az-ın məlumatına görə, zərurət olan ərazilərdə postlar bərpa edilir, bəzi yerlərdə marşrut postları fəaliyyət göstərir. Daxili işlər orqanlarının əməkdaşları və DİN-in Daxili Qoşunlarının hərbi qulluqçuları müxtəlif ərazilərdə, məhəllədaxili hissələrdə nəzarəti gücləndiriliblər. Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi iyulun 2-də ölkəmizdə tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar Bakı şəhərinin giriş və çıxışları istisna olmaqla, küçə və prospektlərdə quraşdırılmış polis postlarını ləğv etmişdi. Geri dön |