Ana Sayfa > Manşet > AzTV-də 50-dən çox əməkdaşda koronavirus aşkarlandı
AzTV-də 50-dən çox əməkdaşda koronavirus aşkarlandı25-06-2020, 13:12. Yazar: admin |
![]() “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-də 50-dən çox əməkdaş koronavirusa yoluxub. Yenicag.az-ın əldə etdiyi məlumata görə, yoluxanlar arasında sədr müavini Rafiq Həşimov, AzTV-nin Televiziya və Radio Akademiyasının prorektorları Almaz Mahmud, Ülfət Rəhimova da var. REKLAM Vəzifəli şəxslərlə yanaşı, AzTV-də 50-dən çox şəxsin koronavirusa yoluxduğu deyilir. Rəsmi məlumatlarda isə cəmi altı nəfərin yoluxduğu göstərilir. Yoluxmanın geniş yayılmasına səbəb isə AzTV-nin operatorlarından birinin koronavirusa yoluxduqdan sonra karantinə alınması, onunla ünsiyyətdə olan şəxslərin isə təcrid edilməməsidir. AzTV-də hazırda vəziyyətin çox acınacaqlı olduğu bildirilir. Geri dön |