Ana Sayfa > Manşet > Prezidentin hədələdiyi deputat bir ilə nə qədər qazanır...
Prezidentin hədələdiyi deputat bir ilə nə qədər qazanır...16-04-2015, 14:58. Yazar: admin |
![]() Azərbaycanın dərman bazarında “Avromed”lə yanaşı “Zəfəran” və “Riad Farm” şirkətlərinin hegemonluq edir. Azərbaycanda dərman sahəsinin monopoliyada olduğu sirr deyil. Dərman vasitələrinin bahalığı da məhz inhisarçıların bazarda öz qiymətlərini diqtə etməsilə bağlıdır. Azərbaycan Prezidenti İlham Əliyev də Nazirlər Kabinetinin son iclasında ölkənin dərman bazarında hökm sürən vəziyyətdən kəskin narazılığını bildirib. Ölkə başçısı dərmanların baha satıldığını deyib və Səhiyyə Nazirliyinə bu sahədə hökm sürən özbaşınalıqların aradan qaldırılması üçün tapşırıqlar verib. Bəzi məlumatlara görə, Prezidentin dərman bazarındakı özbaşınalığı xüsusi qabartmasının bir səbəbi də manatın devalvasiyasından sonra inhisarçıların qiymətləri xeyli artırması olub. Belə ki, devalvasiyadan dərhal sonra dərman bazarına böyük ölçüdə nəzarət edən “Avromed Company” MMC depolarını bağlayıb, apteklərinin piştaxtalarını boşaldıb. Sonra isə apteklərdə dərmanları kifayət qədər bahalaşdırılmış yeni qiymətlərlə satışa çıxardıb. Bu isə faktiki olaraq bir çox dərmanları əhalinin aztəminatlı təbəqəsi üçün əlçətmaz edib. Qeyd edək ki, Azərbaycanın dərman bazarında “Avromed”lə yanaşı “Zəfəran” və “Riad Farm” şirkətlərinin hegemonluq etdiyi məlumdur. Ölkədəki apteklərin böyük hissəsi də bu şirkətlər arasında bölünüb. Yəni, dərman satışından əldə olunan qazancın əsas hissəsi onların arasında bölüşdürülür. Bu qazancın miqdarını dəqiq söyləmək çətin olsa da, “Azadlıq” qəzetinin rəsmi məlumatlara istinadən apardığı bir hesablama diqqəti çəlb edir. Belə ki, rəsmi məlumatlara görə, 2014-cü ilin yanvar-iyul aylarında Azərbaycan 140 milyon dollar dəyərində dərman idxal edib. Bu aya 20 milyon 1RIdollar edir. Yəni rəsmi məlumatlara görə, il ərzində Azərbaycana 240 milyon dollar dəyərində dərman idxal edilir. Ancaq 2015-ci ilin yanvar ayının 21-də Milli Məclisin deputatı, “Avromed” şirkətinin idaretməsini həyata keçirən Cavanşir Feyziyevin müsahibəsi yayılıb. Cavanşir Feyziyev həmin müsahibədə qeyd edib ki, Azərbaycanda 2000-ə yaxın aptek fəaliyyət göstərir. Əgər ölkəyə il ərzində 240 milyon dollarlıq dərman idxal edilirsə bu hər aptekin payına ayda təxminən 10 min dollarlıq dərman düşür. Bu isə gündəlik 333 dollar edir. Azərbaycanda hansısa aptekin günlük alverinin 333 dollar olduğuna inanmaq isə sadəlövhlükdən başqa bir şey deyil. 333 dollar bəzi hallarda iki resseptdə yazılan dərmana bəs etmir. Deməli rəsmi rəqəmlər həqiqəti əks etdirmir. Bunu Cavanşir Feyziyevin müsahibəsindəki sonrakı fikirlər də təsdiqləyib. Belə ki, Cavanşir Feyziyev həmin müsahibədə bildirib ki, əhali il ərzində dərmana 700 milyon dollar xərcləyir. Göründüyü kimi Cavanşir Feyziyevin söylədiyi məbləğlə, rəsmi açıqlanan məbləğ arasında 460 milyon – təxminən yarım milyard dollara yaxın fərq var. Bu, fərqin dərman inhisarçılarının cibinə getdiyi şübhə doğurmur. Ancaq bu da onların illik qazancını tam əks etdirmir. Ölkəyə inhisarçılar rəsmi qeydiyyatdan yayındırmaqla, qaçaqmal yolu ilə kifayət qədər dərman gətirib satırlar ki, burdan onların qazancı daha böyük olur. Bu rəqəmin il ərzində bir-neçə 100 milyon olduğu şübhə doğurmur. Yəni, sadə hesablamalar dərman ihisarçılarının il ərzində 700-800 milyon qazanc əldə etdiyini ortaya qoyur. Təsadüfi deyil ki, Cavanşir Feyziyev elə həmin müsahibədə qeyd etmişdi ki, əgər dövlət tənzimlənməsi həyata keçirilərsə, dərmanların qiymətini minimum 25 faiz ucuzlaşdırmaq mümkündür. Bu dərmanların alındığı qiymətdən dəfələrlə baha satıldığını göstərməklə yanaşı, inhisarçıların gəlirlərinin nə qədər böyük olduğunun etirafı sayıla bilər. Hansı ki, bu gəlir xəstə insanların və onların ailələrinin cibinin soyulması hesabına əldə edilir! Geri dön |