Ana Sayfa > Manşet > Cəlilabadda Mirşamil Mürsəlov necə əlil olub
Cəlilabadda Mirşamil Mürsəlov necə əlil olub3-12-2015, 13:06. Yazar: admin |
|
Neçə müddətdir ki, ölkə mətbuatında Mirşamil Mürsəlov adlı bir şəxsin adı Cəlilabad rayonunda törətdiyi müxtəlif qanunsuzluqiardan dolayı hallanmaqdadır. Etiraf edək ki, bu şəxsin özü və əməllləri ilə bağlı açıqlamalar bizimdovr.az-a da dəfələrlə təqdim edilmişdir. Həm də, onun əməlləri heç bir əxlaq normasına sığmaması və bir çox hallarda ümumiyyətlə normal insan düşüncə tərzinə zidd olması ilə hər dəfə diqqəti cəlb edib. Bununla belə istər rayon rəhbərliyinin, istərsə də, Cəlilabadın hüquq-mühafizə orqanlarının bu şəxsə qarşı indiyədək nümayiş etdirdikləri liberallıq, Mirşamil Mürsəlovun getdikcə daha da azğınlaşmasına səbəb olmuş və bütün bunların məntiqi nəticəsi olaraq, onun rayon ictimaiyyəti üçün sözün əsil mənasında təhlükəli bir ünsürə çevrilməsinə yol açmışdır. Bu gün Mürsəlovun yaşadığı Cəlilabad rayonu, Göytəpə kəndindən bir çox dövlət qurumlarına, həmçinin kütləvi informasiya vasitələrinə bu şəxsin, eləcə də onun ailə üzvlərinin və başına toplaşmış bir neçə nəfərdən ibarət dəstənin vətəndaşlara qarşı törətdikləri olmazın əməllərdən bəhs olunur. İlk növbədə Mirşamil Mürsəlovun saxtakarlıq nəticəsində əldə etdiyi şəhid ailəsi və əlillik statusları barədə deyilənlər xüsusi maraq doğurur. Bu xüsusda bizimdovr.az-a təqdim edilən açıqlamalarda da bildirilir ki, Mirşamil Mürsəlovun bir vaxtlar ayağından aldığı zədə sırf onun sərxoş vəziyyətdə avtomobil idarə etməsi və nəticədə qəza törətməsi ilə bağlı olub. Belə ki, o, sərxoş vəziyyətdə idarə etdiyi şəxsi avtomobilini yük maşınına çırpmış və nəticədə qıçı sınmışdır. Mənbə bildirir ki, bu faktı təsdiq edən bütün rəsmi sənədlər mövcuddur. Lakin Mirşamil Mürsəlov sonradan həmin xəsarəti 20 Yanvar hadisəsi ilə əlaqələndirmiş və bu məqsədlə saxta sənədlər də əldə edə bilmişdir. Hətta bir müddət sonra, bu yalançı vətənpərvər “20 Yanvar” adlanan bir cəmiyyət də təsis edərək, özünə işlək bir təşkilat da yaratmağa müyəssər olmuşdur. Şəhid ailəsi statusuna gəlincə isə, mənbə bildirir ki, Mirşamil Mürsəlovun oğlu Mirəjdər Mürsəlov həqiqətən də hərbi xidmətdə olduğu vaxt dünyasını dəyişmişdir. Lakin onun ölümünə səbəb ehtiyatsızlıq üzündən elektrik cərəyanı vurması olmuşdur. Mirşamil Mürsəlov isə bu vəziyyətdən də “məharətlə” yararlana bilmiş və yenə də saxtakarlıq yoluyla mərhum oğluna şəhid statusu əldə etmişdir. Bu gün Cəlilabaddan daxil olan məlumatlarda Mürsəlovların yaşadıqları Göytəpə qəsəbəsini əməlli-başlı zəbt etdikləri bildirilir. Həm də qeyd olunur ki, Mirşamil gözü tutan əraziləri son dərəcə özünəməxsus bir formada zəbt edir. Belə ki, bu şəxs heç nədən və heç kimdən utanıb-çəkinmədən, zəbt etməyə hazırlaşdığı ərazilərdə əvvəlcə elektrik dirəklərində və ya digər qurğularda Ulu Öndər Heydər Əliyevin portreti əks olunmuş şəkilləri asır. Bundan sonra isə, həmin ərazini müxtəlif üsullarla özününküləşdirir. Təbii ki, yaranmış vəziyyətdə Cəlilabad rayon rəhbərliyinin və hüquq-mühafizə orqanlarının bu şəxsə qarşı fəaliyyətsizlikləri müəyyən suallar doğurmaya biməz. Amma bizimdovr.az-a daxil olan məlumatlardan birində bu məsələyə də aydınlıq gətirilir. Mənbə iddia edir ki, Mirşamil Mürsəlov Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizova qarşı kompromat xarakterli fotoşəkillərə sahibdir. Və məhz bu şəkillər vasitəsilə icra başçısını şantaj etməklə, Mirşamil özünün rayondakı toxunulmazlığını təmin edə bilmişdir. Bu məsələdə ən maraqlı və eyni zamanda da ən iyrənc məqam isə bundadır ki, Mirşamilin əlində olduğu iddia edilən həmin şəkillərdə icra başçısının məhz elə Mürsəlovun öz bacısı ilə birgə əks olunduqları bildirilir. Yeri gəlmişkən, açıqlamanı təqdim edən mənbə israrla vurğulayır ki, Mirşamil Mürsəlovla icra başçısı arasında olan münasibətlərdən rayon camaatının əksəriyyəti xəbərdardır. Dünən bizimdovr.az-a daxil olmuş yeni məlumatda isə, Mirşamilin törətdiyi növbəti cinyət hadisəsi barədə açıqlama verilir. Mənbə bildirir ki, səhər saatlarında öz şəxsi avtomobilini yüksək sürətlə idarə edərkən, Mirşamil Mürsəlov rayonun Alar kənd sakini, Abbasov Ələmdar Rəvan oğlunu maşınla vuraraq, ona ağır xəsarətlər yetirmişdir. Bildirilir ki, vəziyyəti çox ağır olan yaralı Bakıya gətirilib... Materialda adı keçən bütün tərəflərin mövqeyini öyrənə bilərik. Geri dön |