Ana Sayfa > İqtisadiyyat > İstehsal müəssisələrinin yaradılmasına maraq niyə azdır? - ekspertdən təklif

İstehsal müəssisələrinin yaradılmasına maraq niyə azdır? - ekspertdən təklif


12-05-2022, 08:51. Yazar: admin
İstehsal müəssisələrinin yaradılmasına maraq niyə azdır? - ekspertdən təklif

Natiq Cəfərli: “Məmurların biznesə çox ciddi müdaxilə etdiyi ölkədə istehsala uzunmüddətli investisiya qoymaq istəyən şirkətlər daha az olur”

Ötən əsrdə Azərbaycanda, xüsusilə böyük şəhərlərdə - Bakıda, Sumqayıtda, Gəncədə və s. onlarla zavod fəaliyyət göstərib. Əhalinin istehlak məhsullarına tələbatının mühüm bir hissəsi daxili istehsal hesabına təmin olunurdu. Müstəqillik dövründə həmin zavod və fabriklərin əksəri fəaliyyətini dayandırıb.

Son illərdə Azərbaycanda istehsal müəssisələrinin yaradılması ilə bağlı ölkə rəhbərliyi səviyyəsində dəfələrlə çağırışlar edilib. Bu çağırışların fonunda bir sıra müəssisələr qurulub. Lakin böyük investorlar bu sahəyə maraq göstərmirlər. Məsələn, yarımfabrikat yeyinti məhsulları, sabun, yuyucu vasitələr, kibrit, şam, qab-qacaq və s. əsasən idxal olunur.

Quru sərhədlərinin bağlı qalmasının heç bir məntiqi yoxdur” - Natiq Cəfərli » Sfera.az Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Natiq Cəfərli

İqtisadçı-ekspert Natiq Cəfərli “Yeni Müsavat”a bildirdi ki, istehsal sahəsi çox ağır sahədir, ən əsası gəlir əldə etmək üçün zamana ehtiyac var: “İstehsal sahəsinin yaradılması üçün zaman lazımdır. Bu mənada dövlət dəstəyinə ehtiyac var. Əgər biznesi qurmaq üçün kredit götürülübsə, sahibkar kredit faizlərinin hesablanması ilə bağlı yük altına düşür. Bu səbəbdən də istehsala maraq azdır. İkinci məsələ isə ölkədə investisiya mühiti ilə bağlı problemlərin mövcudluğudur. Məmurların biznesə çox ciddi müdaxilə etdiyi ölkədə istehsala uzunmüddətli investisiya qoymaq istəyən şirkətlər daha az olur. Çünki risklər və risklərin idarə olunmasında problemlər yaranır. Dünyanın hər yerində nə qədər qəribə səslənsə də, investisiya məhkəmə ilə əlaqədardır. Ədalətli məhkəmə sistemi olan ölkələrdə daha çox investisiya qoyulur. Azərbaycanda biznes əsasən alqı-satqı üzərində qurulub. Banklar tərəfindən verilən kreditlərin həcminə baxanda görürük ki, istehlak kreditləri üstünlük təşkil edir. Banklar da qısamüddətli yüksək faizli kredit verməkdə maraqlıdırlar”.

N.Cəfərli hesab edir ki, manatın uzun illər ərzində möhkəm olması da təsiredici amillərdəndir: “2016-cı ilə qədər manat sabit məzənnə rejimində dollardan baha idi. O zaman Azərbaycanda istehsala investisiya qoymaq baha başa gəlirdi. Bu gün də belədir. Bir köynək istehsal etmək, məsələn, Çindən alıb gətirməkdən baha başa gələcək. Qeyd etdiklərim təməl problemlərdir”.

Ekspert qeyd etdi ki, sahibkar kommunal xidmətlərdə güzəşt əldə etsə, yatırımlarının zəmanət altında olduğuna əmin olsa, eyni zamanda vergi və gömrük güzəştləri tətbiq olunsa, 5,7,10 illik aşağı faizlə (ilk illərdə faizsiz) kredit əldə etsə, o zaman bəlkə istehsala investisiya yatırar. “Dünyanın hər yerində biznesin əsas qayəsi pul qazanmaqdır” - deyə
Geri dön