Ana Sayfa > İqtisadiyyat > OPEC-in qərarından sonra MANATI hansı aqibət gözləyir?

OPEC-in qərarından sonra MANATI hansı aqibət gözləyir?


29-04-2022, 16:10. Yazar: admin
OPEC-in qərarından sonra MANATI hansı aqibət gözləyir?

“Azərbaycanın ötən ilin avqustundan etibarən Azərbaycanın kvotası 400 min barel həcmindədir. Bu gün 103-105 dollar ətrafında neft qiymətləri dəyişir. Bu həftə ərzində qiymət dəyişmələri yüksək səviyyədə olub. Bu da dünyadakı hərbi-siyasi gərginliklə əlaqədardır”. DİA.AZ xəbər verir ki, bu fikirləri Bizim.Media-ya açıqlamasında iqtisadçı-ekspert İlham Şaban səsləndirib.

Belə ki, “OPEC+” ölkələrinin iyun ayından etibarən gündəlik hasilat kvotasını 432 min barel artırmaq qərarının neft qiymətlərinə və Azərbaycan iqtisadiyyatına təsirlərini şərh edən ekspert ilk növbədə qiymətlərin yüksək olmasının səbəblərinə aydınlıq gətirib:

“Fevralın 20-dən bu günə kimi neft qiymətləri cəmi bir neçə gün 100 dollardan aşağı olub. Əksər hallarda 1 barel neft 100 dollardan baha qiymətlərlə təklif edilib.

Bu cür vəziyyətin yaranması ilə bağlı iki əsas baxış mövcuddur:

1. Səudiyyə Ərəbistanı dildə desə də, əməldə neft hasilatının daha çox artırılmasının əlehinədir. ABŞ öz ehtiyatları hesabına bazara 60 milyon barel neft çıxarsa da, biz görürül ki, bunun qiymətlərə faktiki təsiri yoxdur.

2. Digər tərəfdən ümumilikdə “OPEC+” ölkələri də bazara bəyan edilmiş həcmlərdən daha az neft çıxarır. Bu səbəbdən, neftin qiyməti yüksək olaraq qalır. Yəni sözügedən kvotalara heç də əməl edilmir”.

İlham Şaban neft qiymətlərindəki dəyişikliklərə təsir edən əsas məqamlardan biri kimi Rusiya-Ukrayna müharibəsini göstərib. Müsahibimizin sözlərinə görə, müharibə enerji qiymətlərinin artımına yardımçı olan amillərdəndir.

Ekspert əlavə edib ki, xammal ixrac edən ölkə kimi Azərbaycanın milli valyutasının məzənnəsi neftin qiymətləri ilə düz mütənasib asılılığa malikdir.

Bir sözlə, neft qiymətlərinin yüksək olması manatın da öz kursunu qorumasına imkan verir.
Geri dön