Ana Sayfa > İqtisadiyyat > Azərbaycan neftinin qiyməti ötən ay 0,4% artıb

Azərbaycan neftinin qiyməti ötən ay 0,4% artıb


1-04-2022, 10:43. Yazar: admin


Bu ilin mart ayının nəticələrinə əsasən, dünya bazarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta qiyməti 117,68 ABŞ dollarına bərabər olub.

"APA-Economics"in apardığı hesablamalara görə, bu, 2021-ci ilin mart ayının eyni göstəricisi ilə müqayisədə 50,43 dollar və ya 75% çoxdur.
Cari ilin fevral ayı ilə müqayisədə isə bu ilin martında Azərbaycan neftinin 1 barelinin orta qiyməti 18,96 dollar (və ya 19,2%) artıb.
Ötən ay ən yüksək göstərici (martın – 8-i) 135,99 dollar təşkil edib, ən minimal göstərici isə (martın – 16-sı) 104,48 dollar səviyyəsində olub. Ay ərzində Azərbaycan neftinin qiyməti 0,43 dollar və ya 0,4% artıb.
Geri dön