Ana Sayfa > İqtisadiyyat > Manata qarşı son bir həftə ərzində ucuzlaşan valyutalar - RENKİNQ
Manata qarşı son bir həftə ərzində ucuzlaşan valyutalar - RENKİNQ4-03-2022, 17:57. Yazar: admin |
Son bir həftə ərzində (24 fevraldan bu günədək) Rusiyanın Ukraynaya hərbi müdaxiləsi və bu səbəbdən Qərbin tətbiq etdiyi sanksiyalar fonunda rublun, avronun və Rusiya ilə qonşu olan bir çox ölkələrin milli valyutaları zəifləyib. "APA-Economics"in apardığı hesablamalara görə, avronun manata qarşı məzənnəsi son bir həftə ərzində 1,63%, rublun məzənnəsi 22,5%, Türkiyə lirəsinin məzənnəsi isə 1,31% azalıb. Hazırda avro 1,8764 manata ticarət olunur ki, bu da 21 aylıq minimumdur, lirə bu ilin ən aşağı səviyyəsində – 0,1202 manata (1 manat/8,32 lirə) mübadilə olunur, rubl isə altıillik minimumda qalaraq 0,0155 manata (1 manat/64,52 rubl) bərabərdir. Gürcüstan larisi də doqquzaylıq minimumdadır və son bir həftə ərzində 0,5% azalaraq 0,5288 manat (1 manat/1,89 lari) səviyyəsində qərarlaşıb. Qeyd edək ki, manatın ABŞ dollarına qarşı məzənnəsinin 1 dollar/1,7 manat səviyyəsində olan sərt bağlılığı valyutaların dollara nisbətdə zəifləməsi halında onları manata qarşı da dəyərsizləşdirir. Əlavə olaraq bu gün Qazaxıstan tengəsi manata qarşı altıillik minimuma enərək 0,0034 manat (1 manat/294,12 tengə) təşkil edib. Qırğızıstan somunun (son bir həftədə manat qarşı 10,95% azalıb) və tengənin kəskin dəyərdən düşməsi Ukraynadakı müharibə və ölkələrin Rusiya ilə ümumi iqtisadi məkanda (Avrasiya İqtisadi Birliyi) yerləşdiyinə görə qonşu ölkədəki vəziyyətdən böyük dərəcədə asılılığı rol oynayıb. Bundan əlavə, rublun dəyərdən düşməsi Rusiyanın ixrac məhsullarını daha ucuz edir və rəqabət qabiliyyətinin saxlamaq üçün qonşu dövlətlərdə milli valyutaların məzənnələri endirilir. "APA-Economics" son bir həftədə manata nisbətdə ən çox dəyərsizləşən valyutaların renkinqini hazırlayıb: # Valyuta Kurs, ₼ Həftəlik dinamika 1 Rusiya rublu 0,0155 -22,50% 2 Qırğızıstan somu 0,0179 -10,95% 3 Polşa zlotısı 0,3878 -5,69% 4 Çexiya kronu 0,0728 -5,58% 5 Qazaxıstan tengəsi 0,0034 -5,56% 6 İsveç kronu 0,1740 -2,90% 7 Moldova leyi 0,0924 -2,01% 8 Danimarka kronu 0,2522 -1,64% 9 Avro 1,8764 -1,63% 10 Türkiyə lirəsi 0,1202 -1,31% 11 Meksika pesosu 0,0821 -0,97% 12 Hindistan rupisi 0,0224 -0,88% 13 100 Koreya vonu 0,1403 -0,71% 14 100 Özbəkistan somu 0,0156 -0,64% 15 Argentina pesosu 0,0157 -0,63% 16 Britaniya funt sterlinqi 2,2687 -0,63% 17 Gürcüstan larisi 0,5288 -0,51% 18 Sinqapur dolları 1,2520 -0,43% 19 Tayvan dolları 0,0605 -0,33% 20 100 Yaponiya yeni 1,4729 -0,20% 21 1 İsrail şekeli 0,5228 -0,17% 22 Küveyt dinarı 5,6052 -0,15% 23 Honq Konq dolları 0,2175 -0,09% 24 Çin yuanı 0,2690 -0,04% 25 Səudiyyə Ərəbistanı rialı 0,4531 -0,02% 26 ABŞ dolları 1,7000 0,00% 27 BƏƏ dirhəmi 0,4628 0,00% 28 100 İndoneziya rupiası 0,0118 0,00% 29 100 İran rialı 0,0040 0,00% 30 100 Livan funtu 0,1125 0,00% 31 Misir funtu 0,1082 0,00% 32 Tacikistan somonisi 0,1509 0,00% 33 Türkmənistan manatı 0,4857 0,00% 34 Norveç kronu 0,1904 0,21% 35 Malayziya rinqqiti 0,4063 0,32% 36 Cənubi Afrika randı 0,1116 0,45% 37 İsveçrə frankı 1,8508 0,49% 38 Kanada dolları 1,3396 0,72% 39 Ukrayna qrivnası 0,0563 0,90% 40 Yeni Zelandiya dolları 1,1597 1,56% 41 Braziliya realı 0,3382 1,81% 42 Belarus rublu 0,6186 1,98% 43 Avstraliya dolları 1,2509 2,22% 44 100 Çili pesosu 0,2135 2,89% Geri dön |