Ana Sayfa > İqtisadiyyat > "OPEC+" ölkələri apreldə neft hasilatını artıracaq - YENİLƏNİB

"OPEC+" ölkələri apreldə neft hasilatını artıracaq - YENİLƏNİB


2-03-2022, 17:38. Yazar: admin
"OPEC+" ölkələri apreldə neft hasilatını artıracaq - YENİLƏNİB

Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin 26-cı iclasında qlobal neft bazarında volatilliyin azaldılmasına dəstək məqsədilə gündəlik neft hasilatının apreldə 400 min barel artırılmasına Azərbaycan da razılıq verib.

Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, yeni razılaşma Azərbaycanda gündəlik xam neft hasilatının 2022-ci ilin aprelində daha 7 min barel artırılaraq 682 min barelə çatdırılmasını, ixtisarla bağlı öhdəliyin isə 36 min barel həcmində olmasını nəzərdə tutur.

"OPEC+" (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) razılaşması ölkələri nazirlər konfransının iclası başlayıb.

"APA-Economics"in verdiyi xəbərə görə, bu barədə TASS mənbəyə istinadən xəbər verir.

Mənbənin sözlərinə görə, "OPEC+" ölkələri aprel ayında gündəlik neft hasilatının 400 min barel artırmaq məsələsini razılaşıblar.

Qeyd olunur ki, "OPEC+" nazirlərinin növbəti görüşü 2022-ci il martın 31-nə planlaşdırılıb.

Xatırladaq ki, "OPEC+" ölkələri nazirlərinin ötən ilin iyul ayında keçirilmiş 19-cu iclasında avqustdan etibarən gündəlik xam neft hasilatının hər ay 400 min barel artırılmasına, 5,8 mln. barel həcmində ixtisarların isə 2022-ci ilin sentyabrında başa çatdırılmasına və maydan etibarən neft hasilatının baza səviyyəsinə qismən düzəlişlər edilməklə "Əməkdaşlıq Bəyannaməsi"nin müddətinin bu ilin sonunadək uzadılmasına dair qərar qəbul edilib.

Qeyri-OPEC ölkələri (Azərbaycan, Bəhreyn, Bruney, Qazaxıstan, Malayziya, Meksika, Oman, Rusiya, Sudan, Cənubi Sudan) təşkilatla "OPEC+" formatında sıx əməkdaşlıq edir.
Geri dön