Ana Sayfa > İqtisadiyyat > Mərkəzi Bank kriptovalyutalara nəzarətdə niyə acizdir? - HƏQİQƏTƏN DƏ...

Mərkəzi Bank kriptovalyutalara nəzarətdə niyə acizdir? - HƏQİQƏTƏN DƏ...


25-02-2022, 09:10. Yazar: admin
Mərkəzi Bank kriptovalyutalara nəzarətdə niyə acizdir? - HƏQİQƏTƏN DƏ...

Günümüzdə böyük sürətlə davam edən rəqəmsal transformasiya prosesi rəqəmsal aktivlərə, xüsusilə də, kriptovalyutalara və paylanılmış maliyyə həllərinə maraq bütün dünyada olduğu kimi, Azərbaycanda da artıb.

Məsələ ilə bağlı Azərbaycan Mərkəzi Bankının mövqeyi bu sahəyə olan marağın geniş vüsət almasına baxmayaraq, Azərbaycanda kriptolaşmanın hazırkı səviyyəsinin pul siyasəti və maliyyə vasitəçiliyi üçün təhlükə yaratmadığından ibarət olub.

Ümumiyyətlə, kriptolaşma pul siyasəti üçün hansı təhlükələri yarada bilər? DİA.AZ xəbər verir ki, mövzu ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşən iqtisadçı-ekspert Elçin Rəşidov Mərkəzi Bankın açıqlamasını sərt tənqid edib:

“Mərkəzi Bankın bu bəyanatı tamamilə qeyri-kompotentdir. Çünki ilk növbədə Mərkəzi Bankın həmin səviyyəni ölçmək üçün heç bir aləti yoxdur. Lakin ümumilikdə, kriptovalyutalar təhlükə yaratmaya bilməz. Çünki hal-hazırda bizdə kriptovalyutalara nəzarət olunmudağına görə (Ən yaxşı variant odur ki, mərkəzi banklar onu öz nəzarətinə götürüb, platformaları üzərindən alış-verişlərini həyata keçirə bilərlər), onlar çirkli pulların yuyulması üçün mühüm alətdir”.

İqtisadçı məsələ ilə bağlı iki mühüm nüansı da diqqətə çatdırıb:

“Birincisi, ölkədən ciddi kapital axını var və bu Azərbaycan iqtisadiyyatı üçün ən ciddi risklərdən biridir.

İkincisi, bu axınlar adətən çirkli pullar olur və bu əksər hallarda məmurların fəaliyyəti ilə bağlıdır. Mərkəzi Bank isə buna mane ola bilmək gücündə olmadığı üçün belə dişsiz bəyanatlar verməyə məhkumdur”.

Elçin Rəşidovun sözlərinə görə, kriptovalyuta əməliyyatlarına Mərkəzi Bank tərəfindən nəzarət olunması vacibdir:

“Bir sözlə, ölkədə yalnız Mərkəzi Bank tərəfindən nəzarət oluna bilən və şəffaf qaydalarla həddi müəyyən edilən kriptovalyuta əməliyyatlarının aparıla bilməsi, ölkənin həm bankçılıq, həm monetar siyasəti üçün, həm də kapital axının nəzarətə götürülməsi üçün effektiv ola bilər. Əks halda, bu cür açıqlamalar “yola vermək”dən ibarətdir”.
Geri dön