Ana Sayfa > İqtisadiyyat > Mikayıl Cabbarov Azərbaycan iqtisadiyyatındakı yeni trenddən danışdı
Mikayıl Cabbarov Azərbaycan iqtisadiyyatındakı yeni trenddən danışdı23-12-2021, 13:06. Yazar: admin |
“Ölkə iqtisadiyyatına Rusiya, Türkiyə, Orta Asiya və region ölkələrinin investorlarının marağı əhəmiyyətli dərəcədə artıb”. Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan Televiziyasına müsahibəsində məlumat verib. Nazir bunu yeni trend kimi qiymətləndirdiyini deyib və əlavə edib ki, bu günə qədər Azərbaycanın müstəqillik dövründə ölkə iqtisadiyyatına əsasən Qərb və inkişaf etmiş ölkələrdən sərmayələr qoyulub: “Pandemiyanın gedişatı qloballaşmanı regionlaşma ilə əvəzlənmə meyillərini aydın şəkildə büruzə verir. Bu, digər tərəfdən Azərbaycanın bölgədə olan dəyərinin artımının aydın şəkildə siqnalıdır”. Mikayıl Cabbarov iqtisadiyyatda mövcud tendensiyanın bir neçə səbəbini açıqlayıb: “Bu ölkədə makrosiyasi, makroiqtisadi və milli valyutanın məzənnəsinin sabitliyin, dövlət tərəfindən illərlə infrastruktura qoyulan yatırımların, eləcə də getdikcə asanlaşan investisiya mühitinin nəticəsidir. Lakin, demək istəmirik ki, biz investisiya mühitində olan bütün problemləri aradan qaldırmışıq. Bir neçə il əvvəl beynəlxalq hesabatlarda, tövsiyələrdə, dövlət qurumlarımızın təhlillərində olan problemlərin siyahısı ilə tanış olanda bugünkü problemlər siyahısından kifayət qədər əhəmiyyətli keyfiyyət fərqini görürük. Müxtəlif beynəlxalq qurumların qiymətləndirmələrini, Avropa Yenidənqurma və İnkişaf Bankının, Davos İqtisadi Forumun hesabatlarını nəzərdən keçirəndə görürük ki, Azərbaycan nəinki kifayət qədər üstün mövqeləri qoruyub saxlayır, həm də irəliləyir. Bu proses daimi olmalıdır, çünki rəqabət heç bir zaman dayanmayacaq. Bu, daxili investisiya axınına, ölkədaxili proseslərə də müsbət təsir göstərməkdə davam edəcək”. Geri dön |