Ana Sayfa > İqtisadiyyat > Azərbaycanın ticarət dövriyyəsində KƏSKİN ARTIM: 20 milyard dollara yaxın ixrac baş tutub
Azərbaycanın ticarət dövriyyəsində KƏSKİN ARTIM: 20 milyard dollara yaxın ixrac baş tutub21-12-2021, 12:37. Yazar: admin |
2021-ci ilin 11 ayında Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 30 209 256 850 dollar olub. Oxu.Az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata əsasən, Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 32,8 faiz artıb. Bildirilib ki, bu dövrdə Azərbaycan ilə dünyanın 186 ölkəsindən 59 826 xarici ticarət iştirakçısı arasında idxal-ixrac əməliyyatları baş tutub. Ölkəmizdən xaricə 19 799 396 960 dollar dəyərində məhsul ixrac edilib. İxrac dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 51,6 faiz artıb. Bu dövrdə ölkəmizə 10 409 859 890 dollarlıq məhsul idxal edilib və bu da illik müqayisədə 7,5 faiz çoxdur. Azərbaycanın müsbət xarici ticarət saldosu 9 389 537 070 dolları təşkil edib. Bu rəqəm ötən ilin eyni dövrünə nisbətən 2,8 dəfə çoxdur. Geri dön |