Ana Sayfa > İqtisadiyyat > Nazir: “Azərbaycandan Türkiyəyə ixrac edilən məhsulların həcmində sürətli artım müşahidə olunub”

Nazir: “Azərbaycandan Türkiyəyə ixrac edilən məhsulların həcmində sürətli artım müşahidə olunub”


14-12-2021, 13:16. Yazar: admin
Nazir: “Azərbaycandan Türkiyəyə ixrac edilən məhsulların həcmində sürətli artım müşahidə olunub”

“Azərbaycan və Türkiyə arasında ticarət dövriyyəsinin 15 milyard dollara çatdırılması üzərində çalışırıq”.

Oxu.Az xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan-Gürcüstan-Türkiyə Biznes Forumunda deyib.

O bildirib ki, bu məqsədə nail olunmasında Türkiyə ilə Azərbaycan arasında imzalanmış preferensial saziş xüsusi rol oynayır:


“Eyni zamanda qeyri-neft məhsullarının ixracında da dövlətlərarası preferensial ticarət sazişinin müsbət təsir göstərdiyini deyə bilərik. Azərbaycandan Türkiyəyə ixrac edilən məhsulların həcmində sürətli artım müşahidə olunub”.

Nazir əlavə edib ki, Azərbaycanla Gürcüstanla arasındakı münasibətlərə nəzər saldıqda strateji əməkdaşlığa söykənən əlaqələrin inkişaf etdiyi görünür:

“Ölkələrimiz arasında ticarətin müxtəlif sahələrində, xüsusilə enerji, nəqliyyat və logistika sahəsində də əməkdaşlığın genişlənləndiyi xüsusilə qeyd edilməlidir. 2021-ci ilin 10 ayı ərzində Gürcüstanla Azərbaycan arasında ticarət dövriyyəsi 33 faiz artıb.

Üçtərəfli əməkdaşlığın inkişaf etdirilməsində uğur həm biznes nümayəndələrinin, həm də müvafiq palataların işi nəticəsində mümkün olub”.
Geri dön