Ana Sayfa > İqtisadiyyat > Manatın məzənnəsi sabit qalacaq? - Mərkəzi Bank AÇIQLADI
Manatın məzənnəsi sabit qalacaq? - Mərkəzi Bank AÇIQLADI10-06-2021, 14:29. Yazar: admin |
Bu gün Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib. AMB-dən Oxu.Az-a verilən məlumata əsasən, hərracda tələb 30,6 milyon ABŞ dollarını təşkil edib və tam təmin edilib. Bildirilib ki, ilin fevral ayından başlayaraq valyuta hərraclarında, eləcə də valyuta bazarının nağd və qeyri-nağd seqmentlərində tələb əhəmiyyətli dərəcədə azalmaqdadır. Cari ilin ikinci rübündə keçirilmiş 19 valyuta hərracının 18-də tələb təklifdən aşağı olub. Hazırda hərraclarda Dövlət Neft Fondunun qrafikə uyğun satıla bilməyən vəsaiti 364 milyon ABŞ dollarını təşkil edir. İlkin qiymətləndirmələrə görə 2021-ci ilin birinci rübündə ölkənin cari əməliyyatlar balansında ÜDM-in 5,6 faizi həcmində profisit olub. Qeyd olunan daxili və xarici amillərin mövcudluğu manatın məzənnəsinin sabitliyinin fundamental amillərlə bağlı olduğunu göstərir və valyuta bazarında tarazlığın qarşıdakı dövrdə də təmin olunacağını şərtləndirir. Geri dön |