Ana Sayfa > İqtisadiyyat > Əcnəbilərin Azərbaycan banklarındakı əmanətlərinin həcmi açıqlanıb
Əcnəbilərin Azərbaycan banklarındakı əmanətlərinin həcmi açıqlanıb29-03-2021, 15:44. Yazar: admin |
2021-ci ilin martın 1-nə Azərbaycanda qeyri-rezidentlərin (fiziki şəxslər) banklardakı əmanətlərinin həcmi 281,9 mln. manat təşkil edib ki, bu da illik müqayisədə 2,2 dəfə azdır. "APA-Economics"in Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatları əsasında apardığı hesablamalarına görə, bu göstərici aylıq müqayisədə 1,4% azalıb. Əmanətlərin 59,6%-i xarici valyutada olub, bu da illik ifadədə 20,2 faiz bəndi azdır. Qeyd edək ki, martın 1-nə Azərbaycanda fiziki şəxslərin banklardakı əmanətlərinin həcmi 8 379,9 mln. manat təşkil edib. Bu, illik müqayisədə 3,6% azdır. Geri dön |