Ana Sayfa > İqtisadiyyat > Banklar tərəfindən verilən kreditlərin həcmi artıb
Banklar tərəfindən verilən kreditlərin həcmi artıb19-03-2021, 12:58. Yazar: admin |
İqtisadiyyata kredit qoyuluşlarında artımın bərpası başlanıb. Mərkəzi Bankdan verilən məlumata əsasən, yanvar-fevral aylarında bank sistemi üzrə kredit qoyuluşları 0,6 faiz, o cümlədən biznes kreditləri 0,6 faiz, ipoteka kreditləri 3,2 faiz artıb. Bu müddət ərzində istehlak kreditləri 0,7 faiz azalıb. Kredit qoyuluşlarında artımın iqtisadi aktivliyə paralel şəkildə davam edəcəyi gözlənilir. Hökumətin güzəştli kreditləşmə proqramlarının və makroprudensial yumşalmaların da qalması bu artıma əlavə dəstək verəcək. Valyuta bazarında sabitlik inflyasiya gözləntilərinin sabit qalmasının başlıca şərtlərindəndir. Keçirilən valyuta hərraclarında tələbin həcmi fevral-mart aylarında yanvar ayı ilə müqayisədə əhəmiyyətli dərəcədə az olub. Geri dön |