Ana Sayfa > İqtisadiyyat > Bu il Azərbaycan təbii qaz ixracını 2,4 dəfə artırıb

Bu il Azərbaycan təbii qaz ixracını 2,4 dəfə artırıb


16-03-2021, 18:13. Yazar: admin
Bu il Azərbaycan təbii qaz ixracını 2,4 dəfə artırıb

Bu ilin yanvar-fevral aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 3 mlrd 318 mln 506,3 min kubmetr həcmində təbii qaz ixrac edib.

Bu barədə “Report” Dövlət Gömrük Komitəsinin statistikasına əsasən məlumat verib.

Məlumata görə, ötən iki ay ərzində Azərbaycan ixrac edilən təbii qazın dəyəri 357 mln 692,34 min ABŞ dolları təşkil edib.

Bu ilin yanvar-fevral ayları ərzində ixrac edilən təbii qazın həcmi ötən ilin müvafiq dövründən 2,4 dəfə, dəyəri isə 2,2 dəfə çoxdur.

Bu ilin ilk iki ayı ərzində Azərbaycanın ümumi ixracında təbii qazın payı 12,83 % olub.
Geri dön