Ana Sayfa > İqtisadiyyat > Yaxın iki ildə dünyada neft qıtlığı yaşanacaq - Gözlənti
Yaxın iki ildə dünyada neft qıtlığı yaşanacaq - Gözlənti10-03-2021, 10:28. Yazar: admin |
ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Agentliyi (EIA) 2021-2022-ci illərdə neft və digər maye karbohidrogenlər bazarında tələbin təklifi üstələyəcəyini gözləyir. "APA-Ecocomics"in EIA-in aylıq hesabatına istinadən verdiyi məlumata görə, 2021-ci ildə neft bazarında gündəlik təklifin 97,1 mln. barel (öncəki proqnoz – 97,29 mln. barel), tələbin isə 97,5 mln. barel (öncəki proqnoz – 97,67 mln. barel) səviyyəsində olacağı proqnozlaşdırılır. Beləliklə, EIA bu il neft bazarında 400 min barel həcmində defisitin qeydə alınacağını proqnozlaşdırır. Bununla yanaşı, qurum 2022-ci ildə neft bazarında təklifin 101,2 mln. barel (öncə ki proqnoz – 100,77 mln. barel), tələbatın isə 101,33 mln. barel (öncə ki proqnoz - 101,17 mln. barel təşkil edəcəyini gözləyir. Beləliklə, EIA gələn il neft bazarında 130 min barel həcmində defisitin qeydə alınacağını proqnozlaşdırır. Geri dön |