Ana Sayfa > İqtisadiyyat > Azərbaycanda platinin qiyməti altıillik maksimuma çatıb

Azərbaycanda platinin qiyməti altıillik maksimuma çatıb


16-02-2021, 15:13. Yazar: admin

Azərbaycanda platinin qiyməti altıillik maksimuma çatıb
Bu gün Azərbaycanda platinin qiyməti 4,2% artaraq bir unsiyaya görə 1 333,83 ABŞ dolları təşkil edib ki, bu da son altı ildən bir qədər artıq müddətdə qeydə alınmış ən yüksək göstəricidir.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatları əsasında apardığı hesablamalarına görə, sonuncu dəfə platinin bundan yüksək dəyəri 2014-cü ilin 24 sentyabr tarixində qeydə alınıb (1 337 dollar).

Qiymət artımı ümumi iqtisadi nikbinlik fonunda baş verib.

Qeyd edək ki, təkcə bu ilin əvvəlindən sözügedən qiymətli metalın dəyəri 25,5%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 37,5% artıb.
Geri dön