Ana Sayfa > İqtisadiyyat > Azərbaycan Gürcüstan istehsalı məhsulların idxalını azaldıb
Azərbaycan Gürcüstan istehsalı məhsulların idxalını azaldıb21-01-2021, 16:18. Yazar: admin |
2020-ci ildə Azərbaycan 79,4 milyon ABŞ dolları dəyərində Gürcüstan məhsulu idxal edib. “Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin “Yeli məhsulların ixracı” adlı hesabatında bildirilib. Sənədə əsasən, Gürcüstandan Azərbaycana yerli mal ixracı illik müqayisədə 8,4% azalıb. Azərbaycan Gürcüstan istehsallı məhsulların ixrac olunduğu ölkələrin ilk onluğunda IX yeri tutub. Azərbaycan qonşu ölkənin yerli məhsul ixracında 3,3% paya sahib olub. Siyahıda ilk üç yerdə Çin, Rusiya və Bolqarıstan qərarlaşıb. Hesabatda qeyd olunub ki, ötən il Gürcüstanın yerli ixracında mis filizləri və konsentratları, ferroərintilər, təzə üzüm şərabı, təbii, mineral və qazlı sular, qızıl, fındıq və digər məhsullar əsas yer tutub. Geri dön |