Ana Sayfa > İqtisadiyyat > 2020-ci ildə kimya sənayesində məhsul buraxılışı artıb

2020-ci ildə kimya sənayesində məhsul buraxılışı artıb


20-01-2021, 16:17. Yazar: admin
2020-ci ildə kimya sənayesində məhsul buraxılışı artıb

Ötən il kimya sənayesində məhsul buraxılışı artıb.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, il ərzində kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 1 milyard 117,9 milyon manatlıq məhsul istehsal edilib.

2019-cu illə müqayisədə məhsul buraxılışı əczaçılıq məhsullarının istehsalında 10,7 dəfə, rezin və plastik kütlə məmulatlarının istehsalında 13,5 faiz, kimya sənayesində isə 20,5 faiz artıb. Rezin və plastik kütlə məmulatlarından məsaməli polistirol lövhələr və zolaqların istehsalı 81,9 faiz, plastik borular, borucuqlar və şlanqlar üçün fitinqlərin istehsalı 76,3 faiz artıb.
Geri dön