Ana Sayfa > İqtisadiyyat > Azərbaycanda dollara tələbat son 10 ayda ən yüksək səviyyəyə yüksəldi – RƏQƏMLƏR
Azərbaycanda dollara tələbat son 10 ayda ən yüksək səviyyəyə yüksəldi – RƏQƏMLƏR12-01-2021, 15:32. Yazar: admin |
Bu gün – 12 yanvar tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib. Hərracda valyutaya tələb 142,2 milyon dollar təşkil edib. Yeniavaz.com xəbər verir ki, ötən ilin mart ayının 19-dan sonra Azərbaycanda gündəlik valyuta hərracında bu həcmdə valyuta satılmayıb. Ötən ilin mart ayının 19-da keçirilən hərracda 243,7 milyon dollar satılıb, mart ayının 29-da keçirilən növbəti hərracda isə 106,5 millyon dollar valyuta satılıb. Bu gün hərracda satılan valyuta əvvəlki – 7 yanvar 2020-ci il tarixində keçirilən hərracda satılan valyutadan 71,6 milyon dollar və ya 2 dəfə çox olub. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb. Onu da bildirək ki, mart ayının 10-da valyuta satışı bu il ərzində ən yüksək səviyyəyə çatıb – 323,2 milyon dollar. Dekabr - Yanvar ayında keçirilən valyuta hərraclarında valyuta satışı aşağıdakı kimi olub: 1 dekabr – 63,8 milyon dollar 3 dekabr – 63,1 milyon dollar 8 dekabr – 66 milyon dollar 10 dekabr – 67 milyon dollar 15 dekabr – 70 milyon dollar 17 dekabr – 70,8 milyon dollar 22 dekabr – 74,3 milyon dollar 24 dekabr – 79,8 milyon dollar 29 dekabr – 83 milyon dollar 05 yanvar – 66,4 milyon dollar 07 yanvar – 70,6 milyon dollar 12 yanvar – 142,2 milyon dollar Geri dön |