Ana Sayfa > İqtisadiyyat > Paradoks ! - “Sosial müavinət 400, yaşayış minimumu isə 750 manatdır”

Paradoks ! - “Sosial müavinət 400, yaşayış minimumu isə 750 manatdır”


25-12-2020, 14:24. Yazar: admin
Paradoks ! - “Sosial müavinət 400, yaşayış minimumu isə 750 manatdır”

“Bu, lazımi tələbatları ödəmək üçün kifayət deyil"

"Deməli, şəhid, qazi ailələrinə mütləq güzəştlər olmalıdır”


Milli Məclisin növbəti plenar iclasında gələn ilin büdcə zərfinin müzakirəsi zamanı parlamentin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli maraqlı təkliflə çıxış edib.İqtisadiyyatın neftdən asılılığını tənqid edən T. Kərimli qeyd edib ki, şəhid, qazi ailələrinin qaz, işıq və suyu havayı olmalıdır: “İnsanlar bir balaca otağa yığılır, tez işığı söndürürlər. Şəhid, qazi ailələrinin işıq, qaz, su pulunu icra nümayəndələri, bələdiyyələr hansısa formada ödəməlidir, bunun bir yolu tapılmalıdır”.


“Vətən müharibəsindən sonra biz Azərbaycanın şərəfli, qürurlu vətəndaşıyıq. Dünən Mərkəzi Bankın sədri deyir ki, büdcə kəsirindən narahatıq. Biz daha çox narahatıq”.- deyə, parlamentari əlavə edib.

Sabiq deputat, iqtisadçı-ekspert Nazim Bəydəmirli T. Kərimlinin sözügedən təklifini “Sherg.az”a dəyərləndirib:

“Əlbəttə, dövlət həmin kateqoriyadan olan ailələrə xüsusi imtiyazlar verib və verir. Nəzərə almaq lazımdır ki, müharibədə iştirak edənlərin ən azı yarısı MAXE idi. Onların imkansız və ailəli olduqları, adətən kənd yerlərində yaşadıqları heç kimə sirr deyil. Əgər ailə başçısı şəhadətə qovuşubsa, şərti mənada iki uşağının olduğunu düşünsək, deməli, üç adam təminatsız qalıb. Yaşayış minimum 750 manatdır. Sosial müavinətin həcmi isə 400 manatdır. Bu, lazımi tələbatları ödəmək üçün kifayət deyil. Deməli, mütləq güzəştlər olmalıdır. Amma deyilən kimi yox”.

N.Bəydəmirli, daha optimal variantı göstərib:
“Məncə, bu, ağıllı ideya deyil. Çünki biz əvvəlki illərdə oxşar subsidiyalardan sui-istifadə hallarına dəfələrlə rast gəlmişik. Ünvanlılığı təmin etmək naminə daha yaxşı olar ki, həmin kateqoriyadan olanlar üçün əlavə pul vəsaitləri nəzərdə tutulsun. Əks halda şəffaflıq pozula bilər. Ona görə mən bu təklifi PR kampaniyası kimi qiymətləndirirəm. Həmin adam ya iqtisadiyyatı bilmir, ya da real vəziyyəti".”
Geri dön