Ana Sayfa > İqtisadiyyat > Azərbaycan banklarının kredit qoyuluşu həcmi açıqlandı
Azərbaycan banklarının kredit qoyuluşu həcmi açıqlandı25-12-2020, 13:36. Yazar: admin |
Azərbaycanda bankların kredit qoyuluşunun həcmi 14 milyard 304,7 milyon manat təşkil edib. Oxu.Az-ın Mərkəzi Bankdan əldə etdiyi məlumata əsasən, noyabrın ayının 1-nə olan göstərici ilə müqayisədə bu, 0,7 faiz azdır. Noyabrın ayının 1-nə Azərbaycan banklarının kredit qoyuluşunun həcmi 14 milyard 409,3 milyon manat təşkil edib. İlin əvvəli ilə müqayisədə isə bankların kredit qoyuluşunun həcmi 4 faiz azalıb. Qeyd edək ki, yanvarın 1-nə Azərbaycanda banklara kredit qoyuluşunun həcmi 14 milyard 900,9 milyon manat olub. Geri dön |