Ana Sayfa > İqtisadiyyat > Banklardakı əmanətlər 100 min manatadək sığortalana biləcək
Banklardakı əmanətlər 100 min manatadək sığortalana biləcək11-12-2020, 17:04. Yazar: admin |
“Əmanətlərin sığortalanması haqqında” qanuna dəyişiklik edilir. APA-nın məlumatına görə, qanun layihəsi Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılıb. “Əmanətlərin sığortalanması haqqında” qanuna təklif olunan dəyişikliyə əsasən, “Əmanətlərin tam sığortalanması” Qanununun müddəti bitəndən sonra əmanətlərin sığortalanması üzrə kompensasiya məbləğinin üç dəfədən çox artırılması təklif olunur. Başqa sözlə, gələn il aprelin 5-dən fiziki şəxslərin qorunan əmanətləri üzrə kompensasiya məbləğinin 30 min manatdan 100 min manatadək artırılması təklif olunur. Həmçinin, 20 min manatdan çox olmamaq şərti ilə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin depozitləri sığortalanacaq. O cümlədən notariusun depozit hesablarında qalmış fiziki şəxslərə məxsus vəsaitlər də tam məbləğdə sığortalanacaq. Layihə səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib. Geri dön |