Ana Sayfa > İqtisadiyyat > Azərbaycanda depozitlərin dollarlaşması azalıb
Azərbaycanda depozitlərin dollarlaşması azalıb25-11-2020, 15:08. Yazar: admin |
Bu ilin noyabrın 1-nə kredit təşkilatlarında yerləşdirilmiş depozitlərin həcmi 22 442,1 mln. manat təşkil edib ki, bu da illik müqayisədə 4,1% azdır. Azərbaycan Mərkəzi Bankından (AMB) "APA-Economics"ə verilən məlumata görə, ilin əvvəlindən cəmi depozit bazası 9,3% azalıb. Təkcə oktyabr ayında isə depozitlərin həcmi 0,2% enib. Noyabrın 1-nə depozitlərin 57,4% ABŞ dollarında olub ki, bu da illik müqayisədə 6 faiz bəndi, aylıq müqayisədə isə 0,4% faiz bəndi azdır. Geri dön |