Ana Sayfa > İqtisadiyyat > Gələn il Azərbaycanın cari əməliyyatlar hesabının kəsiri ÜDM-in 3,1%-ni təşkil edəcək - PROQNOZ
Gələn il Azərbaycanın cari əməliyyatlar hesabının kəsiri ÜDM-in 3,1%-ni təşkil edəcək - PROQNOZ3-09-2020, 11:24. Yazar: admin |
2021-ci ildə Azərbaycanın tədiyyə balansının cari əməliyyatlar hesabının kəsirinin ÜDM-ə nisbətinin 3,1% və ya 1 377,2 mln. ABŞ dolları təşkil edəcəyi proqnozlaşdırılır. "APA-Economics"in bu barədə Maliyyə Nazirliyinin Azərbaycanın 2021-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasına istinadən xəbər verir. İlkin proqnozlara görə bu göstərici bu il 1 539,6 mln. dollar və ya 3,7% təşkil edəcək. Qeyd edək ki, 2022-ci ildə cari əməliyyatlar hesabının defisitinin ÜDM-in 1,1% səviyyəsində gözlənilsə də, 2023 və 2024-cü illərdə bu göstəricin profisitə dəyişərək ÜDM-in 1,4%-ni və 2,3%-ni təşkil edəcəyi gözlənilir. Xatırladaq ki, bu ilin I rübünün nəticələrinə görə, Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 1,1 mlrd. manat təşkil edib. Bu, ÜDM-in 6%-ni təşkil edir. 2019-cu yekunlarına görə, bu göstərici ÜDM-in 9,1%-nə bərabər olub. Geri dön |