Ana Sayfa > İqtisadiyyat > Bu il Azərbaycan iqtisadiyyatına 2,9 mlrd. manata yaxın xarici investisiya yönəldilib
Bu il Azərbaycan iqtisadiyyatına 2,9 mlrd. manata yaxın xarici investisiya yönəldilib19-08-2020, 13:53. Yazar: admin |
Bu ilin yanvar-iyul ayları ərzində xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 2895,8 mln. manat vəsait yönəldilib. “APA-Economics” bu barədə Dövlət Statistika komitəsinə istinadən xəbər verir. Xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 2535,7 mln. manatı və ya 87,6%-i Birləşmiş Krallıq, ABŞ, Türkiyə, Yaponiya, İsveçrə, Malayziya, Norveç, Rusiya və İran sərmayədarlarına məxsus olub. Qeyd edək ki, 2020-ci ilin yanvar-iyul aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 7588,3 mln. manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,6% çox vəsait yönəldilib. Geri dön |