Ana Sayfa > İdman > "Fənərbağça"nın yeni prezidenti bəlli oldu

"Fənərbağça"nın yeni prezidenti bəlli oldu


21-09-2025, 22:21. Yazar: admin


Türkiyənin "Fənərbağça" idman klubunda keçirilən növbədənkənar ümumi qurultayda klubun yeni rəhbəri seçilib.

Oxu.Az "Haber Global"a istinadən xəbər verir ki, seçkinin nəticələrinə əsasən, Sadettin Saran "sarı-lacivərdli" klubunun yeni prezidenti seçilib.

24 800 üzvdən 12 331 səs toplayan Saran "Fənərbağça"nın 38-ci prezidenti olub. Sabiq klub rəhbəri Ali Koç isə qatıldığı dördüncü seçkidə 12 114 səslə vəzifəsini itirib.
Geri dön