Ana Sayfa > İdman > Renat Dadaşov Türkiyə klubu ilə müqavilə imzaladı

Renat Dadaşov Türkiyə klubu ilə müqavilə imzaladı


9-08-2024, 11:37. Yazar: admin


Azərbaycan futbol millisinin hücumçusu Renat Dadaşov karyerasını Türkiyədə davam etdirəcək.

Oxu.Az Trtspor.com.tr-yə istinadla xəbər verir ki, 25 yaşlı hücumçu "Ankaragücü" ilə ikiillik müqavilə imzalayıb.

İmza mərasimində "Ankaragücü" klubunun prezidenti İsmail Mert Fırat da iştirak edib.

Qeyd edək ki, İsveçrənin "Qrasshoppers" klubuna məxsus olan Dadaşov ötən mövsüm Superliqa komandalarından "Hatayspor"da icarə əsasında çıxış edib, 33 matçda altı qol vurub.
Geri dön