Ana Sayfa > İdman > Messi, Suares və Albanın qolları "İnter Mayami"yə kömək etmədi

Messi, Suares və Albanın qolları "İnter Mayami"yə kömək etmədi


2-06-2024, 12:21. Yazar: admin
Messi, Suares və Albanın qolları "İnter Mayami"yə kömək etmədi

MLS-in növbəti turunda "İnter Mayami" "Sent Luis Siti"ni qəbul edib.

Fort Lauderdeyldəki DVR stadionunda baş tutan görüş 3:3 hesabı ilə başa çatıb.

"İnter Mayami"nin heyətində Lionel Messi, Luis Suares və Jordi Alba qol vurublar.

Lakin qonaqlar bütün bu topların cavabını verməyi bacarıblar.

Beləliklə, "İnter Mayami" ardıcıl iki oyundur (məğlubiyyət və heç-heçə) qalib gələ bilmir. "Sent-Luis Siti" isə üç matçlıq məğlubiyyət seriyasına son qoyub.

Növbəti mərhələdə "İnter Mayami" "Filadelfiya Yunion"la, "Sent-Luis Siti" isə "Portlend Timbers"lə qarşılaşacaq. Qarşılaşmalar müvafiq olaraq, iyunun 16 və 9-da baş tutacaq.
Geri dön