Ana Sayfa > İdman > Avropa Liqası: “Qarabağ” bu gün cavab oyununa çıxacaq
Avropa Liqası: “Qarabağ” bu gün cavab oyununa çıxacaq22-02-2024, 12:31. Yazar: admin |
“Qarabağ” bu gün UEFA Avropa Liqasının pley-off mərhələsində cavab oyununa çıxacaq. Oxu.Az məlumatına görə, Azərbaycan çempionu Portuqaliyanın “Braqa” klubu ilə qarşılaşacaq. İlk görüşdə rəqibini səfərdə 4:2 hesabı ilə məğlub edən Ağdam təmsilçisi bu dəfə doğma azarkeşləri önündə - Tofiq Bəhramov adına Respublika stadionunda meydana çıxacaq. Qurban Qurbanovun kollektivi üstünlüyünü qoruyaraq, 1/8 finala adlamaq və yeni tarix yazmaq arzusundadır. Saat 21:45-də başlayacaq matçı Bolqarıstandan olan hakimlər briqadası idarə edəcək. UEFA Avropa Liqası Pley-off mərhələsi, cavab oyunu 22 fevral 21:45. “Qarabağ” (Azərbaycan) – “Braqa” (Portuqaliya) Baş hakim: Georgi Kabakov (Bolqarıstan). Bakı, Tofiq Bəhramov adına Respublika stadionu. İlk oyun - 4:2. Geri dön |