Ana Sayfa > İdman > Türkiyədə hakimi döyən klub prezidenti tutulub

Türkiyədə hakimi döyən klub prezidenti tutulub


12-12-2023, 12:08. Yazar: admin


Türkiyənin "Ankaragücü" futbol klubunun prezidenti saxlanılıb.

APA NTV-yə istinadən xəbər verir ki, klubun prezidenti Faruk Koca da daxil olmaqla 3 nəfər tutulub.

Qeyd edək ki, ötən gün Türkiyə Super Liqasının 15-ci həftəsində keçirilən "Ankaragücü" "Çaykur Rizespor" matçından sonra klub prezidenti Faruk Koca meydana daxil olaraq hakim Halil Umut Melerə yumruq zərbələri endirib.
Geri dön