Ana Sayfa > İdman > Rafinya “Barselona”nı “Əl-Hilal”a dəyişə bilər

Rafinya “Barselona”nı “Əl-Hilal”a dəyişə bilər


17-07-2023, 09:32. Yazar: admin


“Əl Hilal” “Barselona”nın vingeri Rafinya Diazla maraqlanır.

Məlumata görə, katalon klubu, eləcə də Rafinyanın özü və ətrafı Səudiyyə klubunun marağından xəbərdardır. Lakin hazırda “Barsa”ya ərəblər tərəfindən rəsmi təklif olunmayıb, həmçinin futbolçunun özü ilə də danışıqlar aparılmayıb.

Xatırladaq ki, “Barselona” Rafinyanı keçən yay “Lids”dən 55+10 milyon avroya alıb. Braziliyalının müqaviləsindəki sərbəst qalma rüsumu 1 milyard avrodur.

Qeyd edək ki, 2022/23 mövsümündə Rafinya La Liqada 36 matçda 7 qol vurub.

Sports.ru
Geri dön