Ana Sayfa > İdman > Əfsanəvi qapıçı karyerasını bitirməyi düşünür

Əfsanəvi qapıçı karyerasını bitirməyi düşünür


1-07-2023, 12:39. Yazar: admin


“Parma” futbol klubunun qapıçısı Canluici Buffon futbolçu karyerasını bitirməyi düşünür.

Məlumatına görə, Buffon yaxın vaxtlarda gələcək taleyini müəyyənləşdirəcək. İndi o, peşəkar karyerasını bitirmək, “Parma”da oynamağa davam etmək və Səudiyyə Ərəbistanına köçmək arasında seçim edir.

Canluici Buffon ötən mövsüm bütün yarışlarda 19 oyuna çıxıb, 24 qol buraxıb və 5 dəfə qapının toxunulmazlığını qoruyub.

45 yaşlı Buffon hazırda “Parma”nın futbolçusudur. O, beş dünya çempionatında (1998, 2002, 2006, 2010, 2014) iştirak edib. 2006-cı ildə turnirin qalibi olub və həm də onun ən yaxşı qapıçısı kimi tanınıb. Buffon əvvəllər “Yuventus” və PSJ-də çıxış edib.

Mənbə: “Çempionat”
Geri dön