Ana Sayfa > İdman > Çempionlar Liqası: “Mançester Siti” “Bavariya”nı qəbul edəcək, “İnter” Lissabon səfərində
Çempionlar Liqası: “Mançester Siti” “Bavariya”nı qəbul edəcək, “İnter” Lissabon səfərində11-04-2023, 09:45. Yazar: admin |
![]() Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə start veriləcək. Vertikal.az Oxu.Az-a istinadən xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq. Gecənin ən maraqla gözlənilən matçı İngiltərədə baş tutacaq. “Mançester Siti” öz meydanında Almaniya “Bavariya”sı ilə münasibətlərinə aydınlıq gətirəcək. Digər görüşdə isə Portuqaliyada olacaq. Lissabonda “Benfika” İtaliyanın “İnter” klubu ilə qarşılaşacaq. UEFA Çempionlar Liqası 1/4 final, ilk oyunlar 11 aprel 23:00. “Mançester Siti” (İngiltərə) - “Bavariya” (Almaniya) Mançester, “Etihad” stadionu 23:00. “Benfika” (Portuqaliya) - “İnter” (İtaliya) Lissabon, “Eştadiu du Benfika” stadionu 1/4 finalın digər iki oyunu aprelin 12-də keçiriləcək. Geri dön |