Ana Sayfa > İdman > Portuqaliya millisinin baş məşqçisi istefa verdi
Portuqaliya millisinin baş məşqçisi istefa verdi16-12-2022, 00:06. Yazar: admin |
Fernandu Santuş Portuqaliya milli futbol komandasının baş məşqçi postunu tərk edib. Bu barədə cümə axşamı Portuqaliya Futbol Federasiyasının (FPF) mətbuat xidməti məlumat yayıb. 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatında Portuqaliya yığması Mərakeş komandasına uduzaraq (0:1) 1/4 finala yüksələ bilməyib. Qeyd edək ki, Santuş 2014-cü ildən Portuqaliya millisinə rəhbərlik edir. Onun rəhbərliyi altında komanda 2016-cı ildə Avropa çempionu, 2019-cu ildə Millətlər Liqasının qalibi olub. TASS Geri dön |