Ana Sayfa > İdman > DÇ-2022: Bu gün Argentina millisinin finaldakı rəqibi bəlli olacaq

DÇ-2022: Bu gün Argentina millisinin finaldakı rəqibi bəlli olacaq


14-12-2022, 09:46. Yazar: admin


Qətərdə keçirilən dünya çempionatında bu gün yarımfinal mərhələsinin digər oyunu keçiriləcək.

Vertikal.az Oxu.Az-a istinadən xəbər verir ki, mundialın son qalibi Fransa millisi turnirin sürpriz komandası olan Mərakeşlə qarşılaşacaq.

Meksika Futbol Federasiyasından Sezar Ramosun idarə edəcəyi görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Matç “Əl Bayt” stadionunda oynanılacaq.

Cütün qalibi finalda Argentina yığmasına rəqib olacaq. Məğlub tərəf isə 3-cü yer uğrunda oyunda Xorvatiya ilə üz-üzə gələcək.

DÇ-2022

Yarımfinal

14 dekabr

23:00. Fransa - Mərakeş

Baş hakim: Sezar Ramos

“Əl Bayt” stadionu

Qeyd edək ki, DÇ-2022-nin final matçı dekabrın 18-də keçiriləcək.
Geri dön