Ana Sayfa > İdman > Almaniya millisini Bundesliqa oyunçuları məğlub etdilər

Almaniya millisini Bundesliqa oyunçuları məğlub etdilər


23-11-2022, 22:12. Yazar: admin
Almaniya millisini Bundesliqa oyunçuları məğlub etdilər

Yaponiya yığması Almaniya ilə DÇ matçında əzmkar qələbə qazanıblar.

Vertikal.az Oxu.Az-a istinadən xəbər verir ki, matçın 75-ci dəqiqəsinədək yaponlar 0:1 hesabı ilə geridə olsalar da, məhz həmin anda Ritsu Doan hesabı bərabərləşdirib.

83-cü dəqiqədə isə Takuma Asano Yaponiyanın qələbəsini təmin edən qolu vurub.

Maraqlıdır ki, Yaponiyanın heyətində Almaniyaya 9 dəqiqəyə iki qol vuran hər iki oyunçu - Ritsu Doan (“Frayburq”) və Takumo Asano (“Bohum”) Almaniya Bundesliqasında çıxış edirlər.
Geri dön