Ana Sayfa > İdman > Azərbaycan yığması bu gün Millətlər Liqasında son oyununu keçirəcək
Azərbaycan yığması bu gün Millətlər Liqasında son oyununu keçirəcək25-09-2022, 10:29. Yazar: admin |
Futbol üzrə Azərbaycan milli komandası bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində sonuncu oyununu keçirəcək. Oxu.Az xəbər verir ki, Canni De Byazinin baş məşqçi olduğu kollektiv C Divizionunun 3-cü qrupunun VI turunda Qazaxıstan yığmasını qəbul edəcək. "Dalğa Arena"dakı qarşılaşma saat 20:00-da başlayacaq. Görüşün baş hakimi almaniyalı Harm Osmers olacaq. Hazırda 13 xalı olan qonaqlar B Liqası və AVRO-2024-də iştirak üçün pley-offa vəsiqəni təmin edib. UEFA Millətlər Liqası Qrup mərhələsi, VI tur 20:00. Azərbaycan - Qazaxıstan Hakimlər: Harm Osmers, Robert Kempter, Dominik Şaal, Martin Petersen (Almaniya) Bakı, "Dalğa Arena" stadionu Xal durumu: Qazaxıstan - 13, Azərbaycan - 7, Slovakiya - 6, Belarus - 2 Qeyd edək ki, bu qrupun digər oyununda Belarus Slovakiyanın qonağı olacaq. Geri dön |