Ana Sayfa > İdman > Avropa Liqası: “Qarabağ” səfərdə Bundesliqanın lideri ilə oynayacaq

Avropa Liqası: “Qarabağ” səfərdə Bundesliqanın lideri ilə oynayacaq


8-09-2022, 09:14. Yazar: admin
Avropa Liqası: “Qarabağ” səfərdə Bundesliqanın lideri ilə oynayacaq

Bu gün Avropa Liqasında qrup mərhələsinə start veriləcək.

Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu “Qarabağ” ilk matçını səfərdə keçirəcək.

G qrupunda mübarizə aparan Qurban Qurbanovun yetirmələri “Frayburq”la görüşəcək. Təmsilçimiz Almaniya Bundesliqasının rəqibi ilə görüşə sensasiyaya imza atmaq üçün yollanıb. Ardıcıl 9-cu dəfə avrokubokların qrupunda çıxış edən ağdamlılar səfərdən ən azı bir xalla dönmək arzusundadır.

Qarşılaşma Frayburqdakı “Volfsvinkel” stadionunda baş tutacaq. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Qeyd edək ki, qrupun digər oyununda Fransa “Nant”ı Yunanıstan çempionu “Olimpiakos”u qəbul edəcək.

Avropa Liqası
I tur, G qrupu
8 sentyabr
23:00. “Frayburq” (Almaniya) – “Qarabağ” (Azərbaycan)
Baş hakim: Erik Lambrexts (Belçika)
Frayburq. “Volfsvinkel” stadionu
Geri dön