Ana Sayfa > İdman > “Barselona” daha bir transfer etdi: Danimarkalı Kristensen heyətə qatıldı

“Barselona” daha bir transfer etdi: Danimarkalı Kristensen heyətə qatıldı


4-07-2022, 22:58. Yazar: admin


İspaniya “Barselona”sı növbəti futbolçu transferini gerçəkləşdirib.

Klubun rəsmi saytı xəbər verir ki, Kataloniya təmsilçisi İngiltərənin “Çelsi” komandasından ayrılan Andreas Kristenseni heyətinə qatıb.

26 yaşlı danimarkalı müdafiəçi ilə 4 illik müqavilə imzalanıb.

Qeyd edək ki, “Barselona” daha əvvəl İtaliya “Milan”ından Frank Kessyeni transfer edib.

Müdafiəçi Frank Kessie azad agent kimi “Barselona”ya transfer olunub.

Yarımmüdafiəçi Kataloniya klubu ilə 2026-cı ilə qədər müqavilə imzalayıb. Onun müqaviləsində 500 milyon avro məbləğində təzminat maddəsi mövcuddur.

Çərşənbə günü, iyulun 6-da “Barselona” Kessini komanda oyunçusu kimi təqdim edəcək.

Daha əvvəl 25 yaşlı yarımmüdafiəçi müqaviləsinin müddəti başa çatdığı üçün “Milan”dan ayrılmışdı.

Mənbə: Sports.ru
Geri dön