Ana Sayfa > İdman > UEFA Konfrans Liqasında finalçılar bəlli olub
UEFA Konfrans Liqasında finalçılar bəlli olub6-05-2022, 02:49. Yazar: admin |
Futbol üzrə UEFA Konfrans Liqasında finalçılar bəlli olub. APA xəbər verir ki, yarımfinal mərhələsinin cavab oyunlarında İtaliyanın "Roma" və İngiltərənin "Lester" klubları üz-üzə gəlib. Oyun 1:0 hesabı ilə İtaliya təmsilçisinin xeyrinə bitib. İlk qarşılaşmada heç-heçə qeydə alındığından, "Roma" iki oyunun nəticəsinə əsasən mərhələ adlayıblar. Gecənin digər oynu Fransada "Marsel" klubu ilə Niderland təmsilçisi "Feyenoord" arasında baş tutub. Bu oyunda qapılara qol vurulmayıb. İlk qarşılaşmada 3:2 hesablı qələbə qazandığından Rotterdam təmsilçisi finala yüksəlib. Beləliklə mayın 25-də Albaniyanın paytaxtı Tiranadakı Milli Arenada oynanılacaq final qarşılaşması "Roma" və "Feyenoord" arasında olacaq. Geri dön |